• Ovdux resepti

Reseptin məlumatları Baxış sayı: 4 381

Tarix : 6-04-2017, 20:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Xatirə


Tərkibi:
adambaşı 100 q mal əti
200 q qatıq
100 q təzə xiyar
40 q göy soğan
keşniş, reyhan, şüyüd
1 yumurta
duz

Hazırlanması:
Ovdux hazırlamaq üçün qaynar su soyudulur və əvvəlcədən çalınmış qatıq həmin suda açılır. Xiyar soyulub xırda-xırda doğranır. Mal əti ayrıca bişirilib soyudulur və xırda tikəciklər şəklində doğranır. Sonra yumurta bərk bişirilib soyulur və dilim şəklində doğranır. Bura doğranmış keşniş, reyhan, şüyüd və soğan əlavə olunub suda açılmış qatıqda qarışdırılır, içinə duz töküb soyuducuya qoyulur.

Ovdux soyuq halda süfrəyə verilir.

QEYD: Ovdux ətsiz də bişirilə bilər.

Nuş olsun!
Etiketlər: Ovdux, xırda, doğranır, şəklində, soyudulur, yumurta, bişirilib, qatıq, soğan, keşniş, şüyüd, reyhan, içinə, töküb, qarışdırılır, olunub, soyuducuya, qatıqda, açılmış, qoyulur
BİZİ İZLƏYİN