• Pomidor supu resepti

Reseptin məlumatları Baxış sayı: 10 787

Tarix : 6-04-2017, 22:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Şef / Mənbə : Xatirə


Tərkibi:
6 ədəd pomidor
2 x.q əridilmiş kərə yağı
1 x.q dolu un
4 st su
1 st süd
Duz
Istiot
Üstünə səpmək üçün pendir və suxari

Hazırlanması:
Pomidorları yuyub qabığını soyub blenderdən keçiririk. Yağı qazana töküb əridirik. Yağ qızdıqda unu əlavə edib 1-2 dəqiqə qovururuq. Sonra pomidoru əlavə edirik. 5-10 dəqiqə qaynadıqdan sonra südü də əlavə edirik və 3 dəqiqə sonra suyu töküb qarışdırıb bişiririk. (Təxminən 15-20 dəqiqəyə yemək hazır olacaq.) Yemək hazır olmağa az qalmış duz və istiotunu da tökürük. Yeməyi süfrəyə verərkən sürtgəcdən keçirilmiş pendiri və suxarini üstünə səpirik.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, sonra, hazır, töküb, edirik, Yemək, olmağa, qalmış, istiotunu, olacaq, əridilmiş, Təxminən, dəqiqəyə, yemək, tökürük, Yeməyi, suxarini, üstünə, səpirik
BİZİ İZLƏYİN