• Parmezanlı toyuq supu resepti

Reseptin məlumatları Baxış sayı: 4 777

Tarix : 9-04-2017, 20:00

Bölmə : Sulu yeməklər / Toyuq yeməkləri / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Xatirə


Tərkibi:
1 orta boylu baş soğan
3 ədəd yaşıl bibər
3 diş sarımsaq
1 ədəd böyük pomidor
0.5 stəkan sürtgəcdən keçirilmiş parmezan pendiri
1 x.q doğranmış reyhan
0.5 x.q kəklik otu
4 stəkan toyuq bulyonu
1 toyuğun döş əti
250 q makaron

Hazırlanması:
Soğanı xırda xırda doğrayıb qazana əlavə edirik üzərinə xırda doğranmış bibər, xırda doğranmış (vəya sarımsaq əzəndə əzilmiş) sarımsaq, 1 ədəd pomidor- ya qabığını soyub xırda xırda doğrayırıq yada blenderdən keçiririk, sürtgəcdən keçirdiyimiz parmezan pendiri, reyhan, kəklik otu və 4 stəkan toyuq bulyonu töküb içərisinə də 1 toyuğun döş ətini bütov atırıq saat yarım və ya 2 saat biraz yüksək odda bişməyə qoyuruq. Bişəndən sonra toyuğun döş ətini çıxarıb kənarda çəngəlin köməkliyi ilə didirik (nə çox xırda nə də böyük olmasın) və bir qabda saxlayırıq. Qazana isə makaron əlavə edib yenidən 45 dəq bişiririk. Makaronda bişəndən sonra kənarda diddiyimiz toyuğun döş ətini yenidən supa əlavə edib qarışdırırıq. Və budur supumuz hazırdır, süfrəyə verərkən üzərinə zövqə görə ya parmezan ya da mozarella pendiri səpirik.

Nuş olsun!
Etiketlər: xırda, toyuğun, parmezan, doğranmış, pendiri, stəkan, ətini, sarımsaq, əlavə, bulyonu, yenidən, üzərinə, makaron, kəklik, toyuq, böyük, bibər, sonra, pomidor, sürtgəcdən
BİZİ İZLƏYİN