• Sadə şorba resepti

Reseptin məlumatları Baxış sayı: 10 842

Tarix : 14-04-2017, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Husniyya


Tərkibi:
1 y.q kərə yağı
1 kiçik kök rəndələnmiş (2 y.q)
1 kiçik soğan
1/2 st tel şehriye
dəfnə yarpağı
sarıkök
qara və qırmızı istiot
duz
1 lt su ( toyuq bulyonu )
üzərinə xırda doğranmış şüyüd

Hazırlanması:
Rəndələnmiş kökü yağda yumşalanadək bişirib, duz,istiotlar,sarıkök əlavə edirik və soğanı bütöv şəkildə atıb ,dəfnə yarpağı və tel şehriyeni də əlavə edirik və üzərinə bulyonu əlavə edib tel şehriye bişənədək qaynadıb bişiririk və şüyüdlə süfrəyə veririk.Bu şorba çox asan və tez hazırlanır ,üstəlik çox yüngüldü və şam yeməklərinin əvvəlində içmək üçün idealdı.

Nuş olsun!
Etiketlər: əlavə, bulyonu, kiçik, sarıkök, edirik, üzərinə, şehriye, yarpağı, bişənədək, qaynadıb, içmək, atıbdəfnə, şehriyeni, idealdı, bişiririk, süfrəyə, hazırlanırüstəlik, yüngüldü, yeməklərinin, əvvəlində
BİZİ İZLƏYİN