• Ən sadə mərci şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 52 509

Tarix : 15-04-2017, 14:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Husniyya


Tərkibi:
1 st mərci
6 st su
1 baş soğan
3-4 y.q bitki yağı
2 y.q tomat pastası
1 hazır bulyon
2 y.q un
duz
qara və qırmızı istiot
pul bibər
sumaq
Limon

Hazırlanması:
Mərci şorbasını hamı bişirir yəqin ki,mən sadəcə özüm bişirdiyim tərifi vermək istədim, ən asan və iş adamlarına uyğun versiyası)
Soğanı xırda doğruyub, şorbanı bişirəcəyimiz qazanda bitki yağıyla qızardırıq ,üzərinə duz,qara və qırmızı istiot,pul bibər, hazır bulyon, mərcini əlavə edirik və suyu töküb mərci bişənədək qaynadırıq. Ayrıca qabda un və tomat pastasını qovurub şorbaya əlavə edirik, sonra blenderdən keçiririk . Şorbanı hazırladığım suxarılarla və sumaqla bəzədim. Yeyərkən limon sıxmağı da unutmadım.

Nuş olsun!
Etiketlər: bulyon, qırmızı, istiot, mərci, hazır, bibər, edirik, əlavə, bitki, tomat, pastasını, şorbaya, qabda, qovurub, bişənədək, sonra, töküb, qaynadırıq, Ayrıca, hazırladığım
BİZİ İZLƏYİN