• Ərişdəli noxudlu şorba resepti

Reseptin məlumatları Baxış sayı: 4 198

Tarix : 7-05-2017, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
Qaynadılmış noxud - 1 kasa
Ərişdə - 1 su stəkanı
Ət suyu - 1 su stəkanı
Su
Duz

Bastırması üçün:
Qatıq - 1 kasa
Un - 2 x.q.
Yarım limon
Su
Üzəri üçün
Kərə yağı
Nanə
Pul bibər

Servisi üçün:
Qurudulmuş bibər

Hazırlanması:
Qazanda su qaynadılır, üzərinə qaynadılmış noxud əlavə edilir. Ərişdəni, duzu əlavə edib bişməyə qoy. Bastırması üçün qatığı və unu bir kasaya əlavə et. Limon suyunu sıxıb, soyuq ət suyunu da əlavə edib çırpma teli ilə qarışdır. Ərişdənin qaynayan suyundan da bir az basdırma üçün əlavə elə və qatlaşmaması üçün qarışdırmağa davam et. Bastırmanı qaynayan qazanın içinə əlavə edərkən bir əlinlə də qazanı qarışdır. Servis edərkən şorbanı şorba boşqablarına çək. Kərə yağını ərit, qızarınca yağın üzərinə pul bibər və nanəni də əlavə edib qarışdır. Bu sosu şorbanın üzərinə gəzdir. Qurudulmuş bibərləri də az yağda qızart və şorbanın yanında servis et.

Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, bibər, qarışdır, suyunu, noxud, Bastırması, edərkən, şorbanın, Qurudulmuş, qaynayan, stəkanı, Servis, şorbanı, şorba, boşqablarına, qazanı, əlinlə, qazanın, içinə
BİZİ İZLƏYİN