• Xırda vermişelli, göbələkli şorba resepti

Reseptin məlumatları Baxış sayı: 3 841

Tarix : 7-05-2017, 20:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Su – 1.2 litr
Təzə göbələk – 300 qram
Mal əti – 100 qram
Baş soğan – 1ədəd
Kök – 1 ədəd
Sarımsaq – 1 diş
Xırda vermişel – 20 qram
Pomidor – 2 ədəd
Zeytun yağı – 1x.q
Limon suyu – 1 x.q
Parmezan pendiri – 2 x.q

Hazırlanması:
Ət xırda dördkünc doğranıb suda bişirilir. Üzərinə bütöv baş soğan əlavə edilir (soğanı sonra çıxara bilərsən). Şorbaya halqavarı doğranmış göbələk, xırda dördkünc doğranmış pomidor, kök, sarımsaq əlavə olunur. Tərəvəzlər bişənə yaxın şorbaya xırda vermişel əlavə olunur, zeytun yağı və limon suyu tökülür. Hazır şorbaya rəndələnmiş parmezan pendiri səpilir.

Nuş olsun!
Etiketlər: əlavə, xırda, soğan, şorbaya, olunur, göbələk, doğranmış, pendiri, dördkünc, vermişel, Hazır, rəndələnmiş, sarımsaq, parmezan, pomidor, Tərəvəzlər, bişənə, halqavarı, limon, səpilir
BİZİ İZLƏYİN