• Quru lobya şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 29 424

Tarix : 11-05-2017, 20:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Quru lobya – 2 stəkan
Baş soğan – 2 ədəd
Kərə yağı – 2 x.q.
Pomidor tomatı – 1 x.q.
Bibər tomatı – 1 x.q.
Qaynadılmış su – 5 stəkan
Zövqə görə istəsəniz servis edərkən üzərinə keşniş doğraya bilərsiniz.

Hazırlanması:
Quru lobyanı axşamdan təmizləyib, yaxşıca yuyub isti suda islağa qoyuruq. Səhər isə suda tam bişənə qədər bişiririk. Soğanı xırda doğrayıb, yağda üzərinə duz, istiot əlavə edib qızarana qədər qovururuq. Sonra tomatları əlavə edib 2-3 dəqiqə dadı çıxana qədər qarışdırıb suyu əlavə edirik. Su qaynayanda lobyanı əlavə edirik. Zövqə görə duz da qoyuruq. Bişdikdə isə üzərinə istiot əlavə edirik.

Nuş olsun!
Etiketlər: əlavə, qədər, edirik, üzərinə, lobyanı, istiot, qoyuruq, Zövqə, stəkan, tomatı, yağda, xırda, bişiririk, Soğanı, doğrayıb, qovururuq, çıxana, qarışdırıb, qaynayanda, dəqiqəərzində
BİZİ İZLƏYİN