• Təzə lobya şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 7 212

Tarix : 18-05-2017, 21:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Təzə lobya – 500 qr.
Un – 2 x.q.
Kərə yağı – 2 x.q.
Qatıq – 3 x.q.
Pomidor – 1 ədəd
Yumurta – 1 ədəd

Hazırlanması:
Lobyaları yuyub, təmizləyin. Kub formasında doğrayıb qazana qoyun. Üzərinə pimodoru sürtgəcdən keçirdin, kərə yağı və duz əlavə edib ağzını örtün. Lobyaları suyu çəkilənə qədər qovurun. Daha sonra bir az su əlavə edib 25-20 dəqiqə bişənə qədər qaynadın. Başqa bir qabda qatığı, unu və yumurtanı su ilə qarışdırın, qaynayan lobyanın üzərinə az-az qarışdıraraq əlavə edin. Lopa-lopa qalmamasına diqqət edin. 10 dəqiqə qaynadıb sobadan götürün. İsti şəkildə servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, Lobyaları, qədər, dəqiqə, qarışdırın, yumurtanı, qatığı, Başqa, bişənə, qaynadın, qaynayan, qabda, üzərinə, götürün, şəkildə, servis, sobadan, qaynadıb, qarışdıraraq, qalmamasına
BİZİ İZLƏYİN