• Tərxun şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 4 083

Tarix : 20-05-2017, 17:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Mal əti – 250 qr.
Kartof – 2 ədəd
Kök – 1 ədəd
Baş soğan – 1 ədəd
Kərə yağı – 50 qr.
Tərxun – 2 dəstə
Duz, istiot zövqə görə

Hazırlanması:
Mal əti xırda dördkünc doğranır, suda qaynadılıb, kəfi yığılır və bişirilir. Baş soğan, kök xırda doğranır kərə yağında qovrulur, bulyona əlavə edilir. Ət bişəndən sonra şorbaya xırda doğranmış kartof, kartof bişənə yaxın isə xırda doğranmış tərxun əlavə edilir, duz, istiot səpilir, 5 dəqiqə sonra odun üzərindən götürülür.

Nuş olsun!
Etiketlər: xırda, sonra, kartof, əlavə, edilir, doğranmış, doğranır, istiot, soğan, üzərindən, götürülür, şorbaya, bişənə, dəqiqə, tərxun, yaxın, səpilir, bulyona, dördkünc, zövqə
BİZİ İZLƏYİN