• Noxudlu bulqur şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 4 419

Tarix : 21-05-2017, 17:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Zeytun yağı – 3 x.q.
Su – 5 st.
Bulqur – 2 ovuc
Bişmiş noxud – 1 st.
Cəfəri – 10 saplaq
Keşniş – 10 saplaq
Sürtgəcdən keçirilmiş pomidor – 1 ədəd
Tomat – 1 x.q.
Bibər pastası – 1 x.q.
Duz, istiot

Hazırlanması:
Zeytun yağını isidin, sonra pastaları əlavə edib qovurun, sürtgəcdən keçirilmiş pomidoru da əlavə edib qovurun. Suyu tökün qoyun qaynasın. Su qaynadıqdan sonra təmizlənib yuyulmuş bulquru və noxudu tökün, duz, istiot səpin, az odda qoyun bişsin. Şorba bişdikdən sonra kənara alın, xırda doğranmış göyərtliləri də əlavə edin. Servis etdikdə istəsəniz limon da qoyun.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, qoyun, keçirilmiş, istiot, qovurun, Zeytun, tökün, saplaq, səpin, yuyulmuş, noxudu, bulquru, bişsin, Şorba, Servis, etdikdə, istəsəniz, limon, göyərtliləri
BİZİ İZLƏYİN