• Yay əriştəsi resepti

Reseptin məlumatları Baxış sayı: 3 504

Tarix : 23-05-2017, 17:00

Bölmə : Sulu yeməklər / Makaron yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
Ət suyu – 500 ml.
Maş lobya – 0.5 st.
Soğan – 2 ədəd
Pomidor – 4 ədəd
Acı bibər – 1 ədəd
Kərə yağı
Duz, istiot
Keşniş

Xəmiri üçün:
Un – 1 st.
Su, duz

Hazırlanması:
Lobya bişirilir. Xırda doğranmış soğan, bibər və qabığı soyulmuş pomidor yağda qovrulur, duz, istiot səpilir. Ət suyuna qovrulmuş ərzaqlar və maş lobya əlavə edilir. Qaynamağa qoyulur. Una duz və su əlavə edilir, xəmir yoğrulur. Bir qədər dinlənmiş xəmirdən əriştə kəsilir, bulyona əlavə edilir. Hazır olmuş şorbaya xırda doğranmış keşniş səpilir.

Qeyd: istəsəniz didilmiş toyuq əti də əlavə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, edilir, səpilir, doğranmış, lobya, bibər, istiot, xəmirdən, əriştə, yoğrulur, dinlənmiş, kəsilir, qədər, olmuş, istəsəniz, didilmiş, toyuq, bilərsiniz, keşniş, xırdaca
BİZİ İZLƏYİN