• Lobya şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 6 205

Tarix : 26-05-2017, 21:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4


Tərkibi:
1 fincan – lobiya;
1 fincan – noxud;
2 ədəd – pomidor;
2 ədəd –baş soğan.

Hazırlanması:
Noxudu ve lobiyanı kiçik bir qazana tökürük,üstünə su əlavə edirik və islağa qoyuruq, sonra tam yumuşalana kimi qaynadırıq. Baş soğanı incə doğrayırıq və zeytun yağında qızardırıq.

Qızardılmış soğanın üzərinə kiçik doğranılmış pomidorları,noxudu və lobiyanı əlavə edirik. Hamısını birlikdə qızardırıq. Zövgə görə sarımsaq da əlavə etmək olar. Sonda hamısini blenderdən keçirdirik. Şorbanı üzərinə kiçik doğranılmış şüyüdlə süfrəyə təqdim etmək olar.

Nuş olsun!
Etiketlər: kiçik, əlavə, fincan, doğranılmış, qızardırıq, üzərinə, etmək, edirik, lobiyanı, pomidorları, Hamısını, noxudu, keçirdirik, şüyüdlə, Şorbanı, birlikdə, Zövgə, Sonda, hamısini, soğanın
BİZİ İZLƏYİN