• Soğan şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 10 095

Tarix : 22-06-2017, 17:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 baş soğan,
4 yemək qaşığı un,
4 yemək qaşığı zeytun yağı,
2 yemək qaşığı kərə yağı,
1.5 litr toyuq suyu,
Yarım litr qaynamış su,
1 yemək qaşığı duz,
4 ədəd qaynadılmış kartof.

Hazırlanması:
Soğan soyulub, halqa şəklində doğranır və yağ ilə qovrulur. Yüngül qızarana yaxın içinə un əlavə edilir və birlikdə 4-5 dəqiqə qovrulur. Daha sonra içinə toyuq suyu, duz və istəyə görə ədviyyatlar əlavə olunub, bir az qarışdırılır. Qaynamağa buraxılır. Bişən şorba arzu edilsə, mikserdən keçirilir. Kiçik kvadrat doğranan kartoflar şorbanın içinə əlavə olunub, süfrəyə təqdim edilir.

Nuş olsun!
Etiketlər: yemək, qaşığı, içinə, əlavə, olunub, qovrulur, edilir, toyuq, şorba, edilsə, Bişən, buraxılır, zeytun, qarışdırılır, Qaynamağa, mikserdən, keçirilir, şorbanın, süfrəyə, təqdim
BİZİ İZLƏYİN