• Ərəbaşı resepti

Reseptin məlumatları Baxış sayı: 15 519

Tarix : 21-08-2014, 07:00

Bölmə : Sulu yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 toyuq döşü
su
2 x.q. bitki yağı
1 soğan
3 x.q. bibər pastası
duz

Üzərinə:
1 soğan
1 x.q. kərə yağı

Hazırlanması:
Toyuq ətini bir qazana qoyub, üzərinə 7 stəkan su və duz əlavə edin. Qaynadın. Sonra əti qazandan çıxarın, əlinizlə didin, yenidən qazana salın.
Sous üçün bir tavada bitki yağını qızdırın, çox xırda doğranmış soğanı əlavə edib qovurun. Bibər pastasını əlavə edib qarışdırın, 2-3 x.q. su əlavə edin. Bu qarışığı toyuq ətinə əlavə edin. Bir buğum qaynadıqdan sonra ocaqdan götürün.

Bir soğan xırdalayıb kərə yağında qovurun, şorbanın üzərinə əlavə edin. Süfrəyə isti-isti verin.

Nuş olsun!
Etiketlər: əlavə, soğan, üzərinə, bitki, qovurun, qazana, toyuq, qarışdırın, qarışığı, ətinə, pastasını, Bibər, doğranmış, soğanı, olsun, buğum, verin, Süfrəyə, yağında, şorbanın
BİZİ İZLƏYİN