• Eskalop kartofu resepti

Reseptin məlumatları Baxış sayı: 14 159

Tarix : 13-09-2014, 19:00

Bölmə : Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 ortaboy kartof
4 x.q. duzsuz kərə yağı
3 x.q. un
2,5 st. süd
200 q sürtgəcdən keçirilmiş pendir
duz
istiot

Hazırlanması:
Sobanı 200 dərəcə qızdırın.

Tavanı orta itilikdə ocağın üstünə qoyun, kərə yağını əridin. Ərimiş yağa unu əlavə edib qəhvəyi rəng alanadək qovurun. Duz, istiot vurun. Süd əlavə edib qarışdırın.

Tavanı ocaqdan götürüb içindəkini iri ləyənə tökün.

Başqa qabda fal-fal doğranmış kartofu duz-istiot qarışığına batırın. Bunları aralarına sürtgəcdən keçirilmiş pendir (100 q) səpməklə tavaya düzün. Unlu südü üzərinə gəzdirin. Pendirin qalanını üzərinə səpin. Duz, istiot vurun. Tavanın üzərinə folqa çəkin.

Sobada 60 dəqiqə bişirin. Sonra folqanı çıxarın, 5-10 dəqiqə onsuz bişirin. Üzəri qızaranda çıxarın, 10 dəqiqə soyutduqdan sonra süfrəyə verin.

Nuş olsun!
Etiketlər: istiot, dəqiqə, üzərinə, Tavanı, çıxarın, əlavə, vurun, bişirin, keçirilmiş, sürtgəcdən, pendir, Pendirin, qalanını, verin, səpin, gəzdirin, düzün, aralarına, Bunları, səpməklə
BİZİ İZLƏYİN