• Pendir klyarında pomidor resepti

Reseptin məlumatları Baxış sayı: 13 256

Tarix : 14-09-2014, 12:00

Bölmə : Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ortaboy pomidor
150 q bərk pendir
2 yumurta
2 x.q. mayonez və ya xama
1-2 x.q. un
duz
istiot
qızartmaq üçün bitki yağı
cəfəri (bəzək üçün)

Hazırlanması:
Pomidorları yuyun, üzərinə qaynar su töküb qabığını soyun, fal-fal doğrayın.

Pendiri sürtgəcin xırda gözündən keçirin.

Klyar: pendiri yumurta, mayonez və unla qarışdırın, duz, istiot vurun. Qatı alınmalıdır.

Pomidorları klyara batırın, qaşıqla götürüb tavada qızdırılmış bitki yağında hər iki üzünü qızardın.

Kağız salfetin üzərinə düzüb artıq yağının süzülməsini gözləyin.

Süfrəyə verərkən üzərinə doğranmış cəfəri səpin.

Nuş olsun!
Etiketlər: üzərinə, istiot, bitki, Pomidorları, mayonez, cəfəri, yumurta, yağında, üzünü, qızardın, Kağız, qızdırılmış, tavada, qaşıqla, batırın, salfetin, götürüb, klyara, alınmalıdır, Süfrəyə
BİZİ İZLƏYİN