• Göbələk sousunda kartof küftələri resepti

Reseptin məlumatları Baxış sayı: 18 935

Tarix : 14-09-2014, 13:00

Bölmə : Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 8-10


Tərkibi:
duzsuz kərə yağı
1 yumurta
1 kq kartof
400 q şampinyon
200 ml 20%-li qaymaq
1 x.q. əla növ buğda unu
1 soğan

Hazırlanması:
Kartofu təmizləyib hazır olanadək suda bişirin.

Suyunu süzün, yumurta və 50 ml kərə yağı əlavə edin, püre hazırlayın.

Püredən küftələr tutun, una batırıb qızılı rəng alanadək yağda qovurun (hərtərəfli).

Soğanı xırda kubik doğrayıb bitki yağında qovurun.

Göbələyi doğrayıb soğanla birlikdə qovurun.

Azca un, duz, istiot, qaymaq vurub vam odda bir qədər bişirin.

Sinini yağlayın, kartof küftələrini içinə düzün. Göbələk sousunu üzərinə tökün, 180 dərəcə qızdırılmış sobada 5 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: bişirin, qovurun, yumurta, doğrayıb, qaymaq, kartof, vurub, Sinini, qədər, istiot, Göbələyi, bitki, yağında, yağlayın, soğanla, birlikdə, düzün, qızdırılmış, dərəcə, sobada
BİZİ İZLƏYİN