• Boranılı yarma sıyığı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 823

Tarix : 14-09-2014, 21:00

Bölmə : Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
300 q boranı
1 st buğda yarması
2 st. süd
2 ç.q. şəkər tozu (artıq da götürə bilərsiniz)
0,5 ç.q. duz

Hazırlanması:
Boranının qabığını soyun, kubik doğrayın. Yarmanı bir neçə dəfə yuyun. Bunu həm sobada, həm açıq ocaqda bişirə bilərsiniz. Əgər tələsmirsinizsə, ərzaqların hamısını qazana yığıb sobaya qoyun. 2 saat vam odda bişirin.
Açıq ocaqda bişirmək istəyirsinizsə, boranını, yarmanı, şəkər tozunu, duzu qazana yığın, stəkanın dörddə biri qədər su tökün. Qazanı iti ocağın üstünə qoyun. Qazanın dibində su qaynamağa başlayanda ocağı çox azaldın, mikrodalğalı sobada qızdırdığınız südü əlavə edin. 20 dəqiqə sonra kərə yağı əlavə edin və bir qədər də, ərzaqlar yumşalanadək vam odda dəmləyin.
Boranılı yarma sıyığı resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: bilərsiniz, ocaqda, əlavə, qazana, qoyun, qədər, sobada, şəkər, üstünə, Qazanın, ocağın, dibində, tökün, yığın, stəkanın, dörddə, Qazanı, başlayanda, ərzaqlar, sonra
BİZİ İZLƏYİN