• Ovçu kolbasaları qabıqda kartofla və kişniş və pomidor salatı ilə resepti

Reseptin məlumatları Baxış sayı: 330

Tarix : 12.03.2018, 12:00

Bölmə : Tərəvəz yeməkləri, Qəlyanaltılar, Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : barakat.az


Tərkibi:
ovçu kolbasaları,
kartof,
pomidor öz suyunda,
baş soğan,
kişniş

Hazırlanması:
1. Kartofu yuyun və orta odda 20-25 dəqiqəlik bişmək üçün qazana qoyun.

2. Göyərtini və soğanı yuyun və xırda doğrayın.

3. Öz suyunda pomidorları qaba qoyun və çəngəl ilə əzin. Pomidorlara doğranmış soğanı və göyərtini (təamın bəzənməsi üçün az miqdarda saxlayın) əlavə edin, duzlayın, istiotlayın və qarışdırın. Salatı süfrəyə təqdim etmək üçün salat qabına yerləşdirin.

4. Kartofun hazır olduğunu yoxlayın. Suyu qazandan süzün.

5. Orta odda qızdırılmış tavaya bitki və ya əridilmiş yağ əlavə edin və qabığı təmizlənməmiş kartofu bütövlüklə tavaya düzün. 3-5 dəqiqə ərzində bir qədər qızardın.

6. Kolbasaları paketdən çıxardın. 2 hissəyə bölün və kartofla birgə bir qədər qızardın.

7. Qızardılmış kartofu və kolbasaları qaba düzün. Üstünə doğranmış göyərti və soğanı əlavə edin və süfrəyə salatla birgə təqdim edin.

Nuş olsun!

Etiketlər: soğanı, əlavə, kartofu, tavaya, qızardın, qədər, düzün, doğranmış, süfrəyə, qoyun, təqdim, suyunda, birgə, kolbasaları, yuyun, qazandan, yoxlayın, təmizlənməmiş, qızdırılmış, bitkilərini
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica