• Badımcanlı sandwich resepti

Reseptin məlumatları Baxış sayı: 2 343

Tarix : 25-07-2018, 12:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
4 dilim çörək
1 orta boy badımcan
2 pomidor
1/2 yaşıl bolqar bibər
1/2 narıncı-sarı bolqar bibər
reyhan (qara və ya ağ)
2 dilim holland pendiri
2 x.q. qaymaqlı pendir (philadelphia, hochland)
qızartmaq üçün bitki yağı

Hazırlanması:
1.Badımcanı kəsib acılığı çıxardırıq. Nazik və uzunsov kəsib bitki yağında qızardırıq. Salfetə yığırıq ki, artıq yağı çəkilsin.
2.Çörəkləri tavada biraz qızdırırıq. İki çörəyin üstünə qaymaq pendiri çəkirik.
3.Pendir çəkilmiş çörəklərin üstünə badımcan dilimi qoyuruq. Üstünə xalqa doğranmış pomiror və bibərləri qoyuruq. Reyhanla bəzəyirik. Sonda holland pendiri dilimi ilə örtürük və üstündən qalan çörəyi qoyuruq

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: pendiri, qoyuruq, kəsib, dilimi, bitki, dilim, holland, üstünə, badımcan, bolqar, bibər, çörəyin, qızdırırıq, çörəklərin, Pendir, Üstünə, çəkirik, qaymaq, çəkilmiş, doğranmış
BİZİ İZLƏYİN