• Gülkələmi keksi resepti

Reseptin məlumatları Baxış sayı: 2 278

Tarix : 14-03-2019, 12:00

Bölmə : Tərəvəz yeməkləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
400 qram gülkələmi,
1 ədəd orta boy soğan,
1/2 stəkan bişmiş toyuq döşü,
3 ədəd yumurta,
3/4 su stəkanı süd,
1/2 sustəkanı zeytun yağı,
2,5 su stəkanı un,
100 qram pendir,
1 çay qaşığı duz,
2 çay qaşığı istiot,
1 paket qabartma tozu

Hazırlanması:
Gülkələmini çiçəklərinə ayırın.
Bir ləyəndə təmiz-təmiz yuyun.
Aşsüzənə alın ki, suyunu çəksin.
Kiçik-kiçik doğrayın.
Doğradığınız gül kələmini qazana yığın.
Gülkələminin üzərinə çıxacaq qədər su əlavə edib azca yumşalana qədər 4-5 dəqiqə bişirib süzün.
Soğanı soyun və incə-incə doğrayın.
Yumurtaları da bir qabın içinə qırıb yüngülcə çırpın.
İçərisinə maye yağı və südü də əlavə edin.
Un və qabartma tozunu ələyərək maye halda olan ərzaqların üzərinə əlavə edərək bir keks xəmiri hazırlayın.
Xəmirin içərisinə gülkələmi, soğan, istərsəniz toyuq ya da pendir də əlavə edə bilərsiniz.
Sonunda duz və istiotunu da vurun.
Yaxşıca qarışdırın.
Keks xəmirini yağlı kağız sərdiyiniz keks qəlibinin içinə alın.
Fırını 180 dərəcəyə qədər qızdıraraq keksi bişirin.
Keks bişdikdən sonra çıxardaraq soyumağa qoyun.
Soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, qədər, gülkələmi, sonra, təmiz, doğrayın, bilərsiniz, qaşığı, üzərinə, qabartma, pendir, toyuq, soğan, içinə, stəkanı, tozunu, ələyərək, ərzaqların, Sonunda, istiotunu
BİZİ İZLƏYİN