• Badımcanlı bükmə börək resepti

Reseptin məlumatları Baxış sayı: 2 731

Tarix : 23-04-2019, 12:00

Bölmə : Tərəvəz yeməkləri / Duzlu xəmir işləri / Börəklər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yarım kq badımcan,
7-8 ədəd soğan,
1 pomidor,
Kəklikotu,
İstiot,
Pul bibər,
Duz,
1 şirniyyat qaşığı tomat,
Yağ (İç malzəmələri qovurmaq üçün ),
1 yemək qaşığı toz maya,
2 yumurta ( sarıları üzəri üçün ayrılacaq ),
Yarım çay stəkanı duru yağ ( xəmiri üçün ),
İlıq su,
Şəkər,
Aldığı qədər un,
Çörəkotu,

Hazırlanması:
Xəmirin hazırlanması:
Mayanı ilıq su və şəkərlə qarışdıraraq mayalandırın.
Unun ortasını hovuz kimi açaraq içərisinə yağ,yumurtanın ağı və duzu qatın.
Maya qabarınca unun ortasına qoyub yoğurmağa başlayın.
Xəmiri qulak məməsi kvamında hazırlayın.

İçinin hazırlanması:
Badımcanları küp- küp doğrayn.
Soğanları yeməklik doğrayın.
Badımcanları yağda bir neçə dəfə o üz, bu üzə çevirib, ardından da soğanları əlavə edin.
Soğan qovrulduqdan sonra pomidor rəndəsi, pomidor tomatı və ədviyyatlar da əlavə edərək altını qapadin.

Börəyin hazırlanması:
Kündələdiyiniz xəmirləri nə çox qalın, nə də nazik olmayacaq şəkildə börəklik yayın.
Açdığınız xəmirdən birini yayıb kənara qoyun.
Süfrənin üzərinə açdığınız xəmirdən birini sərib hər tərəfini yağlayın.
Hazır içlikdən bərabər şəkildə yuxanın hər yanına qoyun.
Açdığınız digər yuxanı bu içli yuxanın üzərinə qoyun.
İkinci qat yuxanın üzərinə də yağ sürtüb badımcanlı içlikdən qoyun.
İki qat xəmir və içlik qoyulmuş yuxanı rulon şəklində , çox sıx olmayacaq şəkildə sarıyın.
Hər iki ucundan möhkəmcə düyünləyib rulon xəmirini tərs yonlərə doğru bükün.
Hazır börəyi yağlanmış fırın sinisinə alın və digər xəmirləri də bu qaydada hazırlayın.
Üzərinə yumurta sarısı sürtüb çörəkotu səpin.
Börəyin üstü və altı bişincəyə qədər fırında bişirin.
Fırından aldığınız börəyi içini çəkməsi üçün üzərini bir bezlə örtüb soyumağa qoyun.

Nuş olsun!
Etiketlər: qoyun, hazırlanması, üzərinə, yuxanın, şəkildə, pomidor, əlavə, olmayacaq, digər, Badımcanları, içlikdən, Hazır, börəyi, qədər, hazırlayın, yumurta, Yarım, Börəyin, xəmirləri, sürtüb
BİZİ İZLƏYİN