• Badımcan kotleti resept - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 32 399

Tarix : 2-10-2014, 22:00

Bölmə : Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 2-4


Tərkibi:
400 q badımcan
60 q çörək içi
40 q qoyun pendiri
1 diş sarımsaq
reyhan
3 x.q. zeytun yağı
1 çili istiotu

Hazırlanması:
Badımcanın qabığını soyun, xırda kubik doğrayın.
Badımcan kotleti resept - FOTO RESEPT


Zeytun yağında çox xırda doğranmış çili istiotu ilə qızılı rəng alanadək qovurun. Sonra badımcanı salfetin üstünə qoyun ki, izafi yağını hopdursun.
Badımcan kotleti resept - FOTO RESEPT


Sarımsaq və reyhanı xırda doğrayın.
Badımcan kotleti resept - FOTO RESEPT


Badımcanı çəngəllə əzin.
Badımcan kotleti resept - FOTO RESEPT


Xırdalanmış çörək içi, sürtgəcdən keçirilmiş pendir, sarımsaq və reyhanla qarışdırın.
Badımcan kotleti resept - FOTO RESEPT


Qarışıqdan kotet tutub zeytun yağında qızardın.
Badımcan kotleti resept - FOTO RESEPT


Süfrəyə isti-isti verin.
Badımcan kotleti resept - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: xırda, zeytun, yağında, doğrayın, sarımsaq, istiotu, çörək, qoyun, sürtgəcdən, keçirilmiş, pendir, Xırdalanmış, çəngəllə, hopdursun, reyhanı, Badımcanı, Sarımsaq, yağını, qızardın, Süfrəyə
BİZİ İZLƏYİN