• Xırt-xırt kartof resepti

Reseptin məlumatları Baxış sayı: 3 511

Tarix : 17-07-2019, 12:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
kərə yağı 50 qram,
Qauda pendiri: 100 qram,
Kartof: 2 ədəd,
Göyərti,
Suxarı,
Duz,
İstiot

Hazırlanması:
Göyərti kiçik-kiçik doğranılır.
Suxarı əlavə edilir və qarışdırılır.
Qauda pendiri sürtkəcdən keçirilir.
Sürtkəcdən keçirilmiş pendir suxarılı göyərti ilə qarışdırılır və birlikdə yenidən kiçik-kiçik doğranılır.
Kartofun uzunlamasına içərisindən bambu kabab şişi keçirilir.
Bıçaq vasitəsi ilə spiral formasında kəsilir.
Spirallar bir-birindən aralanır.
Sobanın sinisinin içərisinə bişirmə kağızı sərilir.
Spiral formasında kəsilmiş kartof buraya qoyulur.
Yüngül əridilmiş kərə yağı fırça vasitəsi ilə kartofun üzərinə sürülür.
Yağlanmış kartofun üzərinə Qauda pendirli göyərtili suxarı səpilir.
180 0C isidilmiş sobada qızarana kimi bişirilir.

Nuş olsun!
Etiketlər: kiçik, Qauda, keçirilir, formasında, vasitəsi, kartofun, üzərinə, qarışdırılır, Göyərti, Suxarı, doğranılır, pendiri, qoyulur, buraya, kartof, bişirmə, kəsilmiş, Spiral, Yüngül, kağızı
BİZİ İZLƏYİN