• Qırmızı lobya ilə badımcan resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 22 982

Tarix : 4-10-2014, 18:00

Bölmə : Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 4-6


Vegetarianların çox bəyənəcəyi bir təamdır, həm dadlıdır, həm də zülalı çoxdur. Bunu ət xörəklərinin yanında qarnir kimi də vermək olar.

Tərkibi:
200 q qırmızı lobya
1 badımcan
2 soğan
bibər
2 x.q. tomat pastası
göyərti
duz
ədviyyat
kəvər (üstünə)

Hazırlanması:
Əvvəlcədən suda isladılmış lobyanı 30 dəqiqə bişirin.
Qırmızı lobya ilə badımcan resepti - FOTO RESEPT


Badımcanı doğrayıb acısını çıxarın, sıxın.
Qırmızı lobya ilə badımcan resepti - FOTO RESEPT


Soğanı yağda qovurun.
Qırmızı lobya ilə badımcan resepti - FOTO RESEPT


Badımcanı ayrıca yağda qovurun.
Qırmızı lobya ilə badımcan resepti - FOTO RESEPT


Bibəri xırda doğrayın.
Qırmızı lobya ilə badımcan resepti - FOTO RESEPT


Soğan, badımcan, lobya, bibər, tomat pastası, azca su, ürəyiniz istəyən ədviyyat və göyərtini birləşdirib 15-20 dəqiqə, hazır olanadək bişirin.
Qırmızı lobya ilə badımcan resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: pastası, tomat, bibər, Badımcanı, qovurun, ədviyyat, bişirin, dəqiqə, yağda, lobya, badımcan, çıxarın, sıxın, Soğanı, doğrayıb, olsun, olanadək, hazır, birləşdirib
BİZİ İZLƏYİN