• Köz bibərli, qatıqlı kartof salatı resepti

Reseptin məlumatları Baxış sayı: 2 321

Tarix : 26-04-2021, 18:00

Bölmə : Tərəvəz yeməkləri / Salatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4-5 qaynadılmış kartof
3 qızardılmış qırmızı bibər (konserv istifadə etdim)
1 çay stəkanı qarğıdalı
1 yerkökü
3-4 tikanlı xiyar turşusu
4-5 dənə soğan
Təzə nanə
Duz
2 stəkan qatıq
5 xörək qaşığı mayonez
2-3 diş sarımsaq

Hazırlanması:
Hər şeydən əvvəl kartoflarımızı qaynadıb soyudaq.
Onları soyuruq və kublar halında kəsirik.
Qovrulmuş bibərimizi, xiyar turşusunu, soğanı və təzə nanəni az-az doğrayırıq.Yerkökümüzü də sürtgəcdən keçiririk.
Ayrı bir qabda qatıq, mayonez, duz və əzilmiş sarımsağı qarışdırın və yaxşıca çırpın.
Hamısını kartofla qarışdıraraq təqdim edirik

Nuş olsun!
BİZİ İZLƏYİN