• Souslu tərəvəz qızartması resepti

Reseptin məlumatları Baxış sayı: 18 363

Tarix : 1-06-2014, 13:26

Bölmə : Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 6-8


Tərkibi:
2 ədəd kök
2 ədəd balqabaq
2 ədəd badımcan
6 ədəd yaşıl bibər
1 ədəd kiçik gül kələm
2 su stəkanı göbələk

Qızartmaq üçün:
3 ədəd yumurta
1 su stəkanı un
2 çay qaşığı toz bibər
1 su stəkanı duru yağ
1 çay qaşığı duz

Sous üçün:
2 su stəkanı qatıq
1-2 dəstə şüyüd
2 diş sarmısaq

Hazırlanması:
Tərəvəzləri yuyub, suyunu süzün. Balqabaqları, kökləri, badımcanları incə-incə və uzunlamasına doğrayıb südün içində gözlədin. Gül kələmi 5 dəqiqə qaynadın.
Yumurta, toz bibər və duzu qarışdırın. Bir qaba un əlavə edin. Tərəvəzləri əvvəl yumurtalı qarışığa, sonra una batıraraq isinmiş yağda qızardın. Qatıq, sarımsaq və şüyüdü qarışdırın. Tərəvəzlərin yanında servis edin.

Nuş olsun!

Etiketlər: stəkanı, bibər, qarışdırın, Tərəvəzləri, qaşığı, əvvəl, yumurtalı, əlavə, qarışığa, sonra, kələmi, dəqiqə, qaynadın, Yumurta, gözlədin, isinmiş, Tərəvəzlərin, yanında, servis, olsun
BİZİ İZLƏYİN