• Verzere resepti

Reseptin məlumatları Baxış sayı: 15 771

Tarix : 18-04-2015, 19:00

Bölmə : Tərəvəz yeməkləri / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
Xəmir:

240 ml isti su
0,5 st. bitki yağı
2 st. un (az və ya çox ola bilər)
1 çimdik duz

İç:
500 q duza qoyulmuş kələm
1 baş soğan
2 x.q. doğranmış şüyüd
qara istiot

bitki yağı (qızartmaq üçün)

Üzərinə:
1 x.q. süd və ya su
1 çimdik şəkər tozu

Hazırlanması:
İç: duza qoyulmuş kələmi sıxın, bitki yağında qovurun. Xırda doğranıb qovrulmuş soğanı və doğranmış şüyüdü əlavə edin. İstiot vurun. (Soğanı kələmlə birlikdə də qovura bilərsiniz).
Xəmir: İsti suda duzu əridin, yağ əlavə edin. Tədricən un qataraq xəmir yoğurun. Xəmir elastik və ələ yapışmayan olmalıdır. Çox bərk olmasın.
Üzərinə dəsmal çəkib 15-20 dəqiqə saxlayın.
Gəlmiş xəmiri çox nazik yayın (əriştə üçün yaydığınız kimi). Tərəfi 20 sm olan kvadratlara kəsin.
Hər kvadratın ortasına iç qoyun, əvvəl qarşı tərəfləri, sonra bu tərəflərin kənarlarını birləşdirin.
Bunları yağlanmış siniyə düzün.
Qaynar süddə şəkər tozunu əridin, balaca piroqların üzərinə çəkin.
190-210 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə, üzəri qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: bitki, Xəmir, doğranmış, Üzərinə, əlavə, dəqiqə, əridin, şəkər, çimdik, qoyulmuş, kənarlarını, qarşı, əvvəl, tərəfləri, sonra, nazik, qoyun, tərəflərin, ortasına, Tərəfi
BİZİ İZLƏYİN