• Kartoflu profitrol resepti

Reseptin məlumatları Baxış sayı: 14 095

Tarix : 30-04-2015, 17:00

Bölmə : Tərəvəz yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
200 q kartof püresi
0,5 st. su
50 q kərə yağı
0,5 st. un
2 yumurta
duz

iç:
100 q vetçina (yaxud kolbasa, toyuq əti və s.)
50 q pendir
1 kiçik baş soğan
mayonez

Hazırlanması:
Qazana su tökün, kərə yağı əlavə edin, ocağın üstünə qoyun, qaynara düşəndə duz, un əlavə edin, sürətlə qarışdıraraq vam odda, xəmir qazanın kənarından ayrılanadək bişirin. Ocaqdan götürüb bir qədər soyudun, kartof püresi əlavə edib qarışdırın, 2 yumurta qatıb blenderdə bir qədər çalın.

Bu qarışıqdan çay qaşığı ilə götürərək perqament döşənmiş siniyə düzün. 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

İç: vetçina (kolbasa, toyuq əti) və soğanı xırda doğrayın, bitki yağında qovurun, soyudun. Pendiri xırda kubik doğrayın. Birləşdirin, duz, mayonezlə qarışdırın.

Soyumuş profitrolları aşağıdan deşin, içini doldurun (yaxud cüt-cüt yapışdırın). Süfrəyə verərkən göyərti ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: əlavə, qarışdırın, soyudun, bişirin, toyuq, doğrayın, qədər, kolbasa, püresi, kartof, yumurta, vetçina, yaxud, xırda, qovurun, yağında, bitki, sobada, dərəcə, düzün
BİZİ İZLƏYİN