• Dofinua qrateni resepti

Reseptin məlumatları Baxış sayı: 13 317

Tarix : 29-02-2016, 11:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q kartof
100 ml süd
300 ml yağlı qaymaq
2-3 diş sarımsaq
30 q kərə yağı
muskat cevizi
duz

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın. Kartofu təmizləyib 3 mm qalınlıqda dilimlərə doğrayın (bunun üçün xüsusi sürtgəcdən istifadə edə bilərsiniz).
Qazanda südlə qaymağı qarışdırın. Əzilmiş sarımsaq, 1 çimdik üyüdülmüş muskat cevizi və duz əlavə edin. Qaynara düşəndə doğranmış kartofu qazana salın. Vam odda 8-10 dəqiqə bişirin.
Formanın içinə sarımsaq çəkin, kərə yağıyla yağlayın. Kartofu kəfkirlə götürüb formaya yığın. Qazandakı südlə qaymağı isə daha 5 dəqiqə qaynadın. Sonra kartofun üzərinə gəzdirin. Kərə yağını doğrayıb üstünə ara-bərədə düzün.
Sobada yüngül qızaranadək, təxminən 15-20 dəqiqə bişirin. Süfrəyə isti-isti verin.
Porsiya formalarında da bişirə bilərsiniz.

Nuş olsun!
Etiketlər: sarımsaq, dəqiqə, südlə, Kartofu, qaymağı, cevizi, bilərsiniz, muskat, bişirin, qaynadın, Sonra, kartofun, üzərinə, Qazandakı, götürüb, yağıyla, çəkin, yağlayın, kəfkirlə, formaya
BİZİ İZLƏYİN