• Tərəvəzli tart resepti

Reseptin məlumatları Baxış sayı: 14 195

Tarix : 3-03-2016, 21:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
xəmir:

125 q kərə yağı
250 q un
1 yumurta
1 ç.q. şəkər tozu
1 çimdik duz

iç:
3 yerkökü
2 tünd rəngli qabaq
2 açıq rəngli qabaq
2 badımcan
150 q xırdalanmış çedder və ya motsarella
30 q parmezan
100 q kəsmik və ya brınza
200 q xama
1 yumurta
duz
istiot
zeytun yağı

Hazırlanması:
Soyudulmuş kərə yağını kubik doğrayın, un, yumurta, duz, şəkər tozu ilə blenderdən keçirin, ovuntuq alınacaq. Kündələyin, 24 sm diametrli formaya döşəyin, kənarlarını qaldırın, çəngəllə deşin. 1 saat soyuducuda saxlayın.
Tərəvəzləri təmizləyib hamısını nazik uzun şəridlərə doğrayın.
Pendirləri (çedder və ya motsarella, brınza (kəsmik), parmezan) xama və yumurta ilə qarışdırın, duz, istiot vurun.
Bu qarışığı xəmirin üstünə yayın.
Tərəvəzləri növbə ilə ortadan başlayaraq düzün. Kənarlarını azca pendirli içə basın, sonra spiral kimi düzün. Duz, istiot vurun, üzərinə bir qədər yağ gəzdirin.
190 dərəcə qızdırılmış sobanın orta gözündə 25-30 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: yumurta, istiot, kəsmik, brınza, motsarella, doğrayın, düzün, çedder, parmezan, şəkər, Tərəvəzləri, rəngli, vurun, qabaq, ortadan, başlayaraq, Pendirləri, növbə, Kənarlarını, xəmirin
BİZİ İZLƏYİN