• Sarımsaq souslu qabaq qızartması resepti

Reseptin məlumatları Baxış sayı: 14111

Tarix : 24.02.2016, 15:00

Bölmə : Tərəvəz yeməkləri, Souslar, Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
1 kq qabaq
100 q mayonez
4 diş sarımsaq
1 balaca dəstə şüyüd
70-80 ml bitki yağı
100 q ələnmiş un
duz

Hazırlanması:
Qabaqları yuyub qurudun. 7 mm qalınlıqda fal-fal doğrayın.
Arasına duz səpərək ləyənə yığın, 10-15 dəqiqə saxlayın.
Qaba un tökün. 10, yaxud 15 dəqiqənin tamamında tavanı ocağa qoyun. 20-30 ml yağ töküb qızdırın. Qabaqların bir hissəsini una batırıb yağda hər iki üzünü qıpqırmızı qızardın.
Çıxarıb kağız salfetin üzərinə düzün ki, yağı çəkilsin. Sonra iri yastı buluda yığıb otaq temperaturunadək soyudun. Bütün qabağı bu qaydada bişirin. Lazım gəldikcə tavaya yağ əlavə edin.
Sous: sarımsağı əzin, xırda doğranmış şüyüd və mayonezlə qarışdırın.
Sousu qabaq dilimlərinin üstünə çəkin. 10-15 dəqiqə saxlayın.
Bunu həm otaq temperaturunda, həm də soyudulmuş halda süfrəyə verə bilərsiniz. Düyü, makaron xörəklərinin yanında qarnir kimi əladır.

Nuş olsun!
Etiketlər: saxlayın, şüyüd, dəqiqə, qabaq, gəldikcə, Lazım, tavaya, bişirin, əlavə, xırda, sarımsağı, qaydada, qabağı, yastı, Sonra, çəkilsin, buluda, yığıb, Bütün, soyudun
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN