• Əlüstü marinə edilmiş göbələk resepti

Reseptin məlumatları Baxış sayı: 15 189

Tarix : 5-04-2016, 09:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
800 q təzə şampinyon
4 l su
3 x.q. 5%-li sirkə və ya 1 limonun şirəsi

marinad:
0,5 fincan 5%-li sirkə
2 ç.q. duz
1 ç.q. şəkər tozu
3 diş sarımsaq
2-3 dəfnə yarpağı
0,5 ç.q. üyüdülmüş qara istiot
1 şirin qırmızı bibər
1,5 x.q. doğranmış şüyüd
2 fincan su
0,5 fincan bitki yağı

Hazırlanması:
Marinad:

Qazanda sirkə, duz, şəkər tozu, doğranmış sarımsaq, dəfnə yarpağı, üyüdülmüş qara istiot, qırmızı bibər və şüyüdü qarışdırın. Vam odda bişirin, qaynara düşəndən sonra 5 dəqiqə qaynasın. 2 st. su tökün, qaynara düşəndən sonra daha 5 dəqiqə bişirin. Yağ əlavə edib ocağı söndürün.
4 l suyu 3 x.q. sirkə və ya 1 limonun şirəsi ilə qaynadın. Göbələkləri yuyub 4 yerə bölün (xırdadırsa, iki bölün), qaynayan suya tökün. Qarışdırıb qapağını örtün, daha 3 dəqiqə bişirin.
Göbələyin suyunu süzün, marinadı üstünə tökün, daha 2-3 dəqiqə marinadın içində bişirin. Otaq temperaturunadək soyudun. Sonra isə 1 gecə soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: sirkə, dəqiqə, bişirin, fincan, tökün, doğranmış, qırmızı, bibər, düşəndən, bölün, istiot, qaynara, sonra, şirəsi, limonun, sarımsaq, şəkər, yarpağı, dəfnə, üyüdülmüş
BİZİ İZLƏYİN