• Acı soslu tərəvəzli makaron resepti

Reseptin məlumatları Baxış sayı: 16 888

Tarix : 16-03-2016, 15:00

Bölmə : Tərəvəz yeməkləri / Duzlu xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 paket kəpənək makaron,
1 çay stəkanı duru yağ,
2 dənə badımcan,
2 dənə qırmızı bibər ,
2 dənə uzunsov bibər,
8 dənə pomidor,
2 şorba qaşığı qarğadalı,
Yarım su stəkanı rəndələnmiş holland pendiri ,

Sos üçün:
Yarım çay stəkanı yağ,
2 dənə rəndələnmiş pomidor,
1 şirniyyat qaşığı pul bibər,
1 çay qaşığı istiot,
Duz

Hazırlanması:
Bir qazanda qaynatdığınız duzlu suda makaronları 10 dəqiqə bişirin.
Süzdükdən sonra servis tabağına alın.
Qızdırılmış duru yağın içinə küp şəklində doğranmışbadımcan, qırmızı bibər və uzunsov bibərləri atın.
Tərəvəzlər qızarana qədər qarışdırın.
Sonra pomidor və qarğadalını əlavə edin.
1-2 dəfə çevirdikdən sonra ocağın altını söndürün.
Sos üçün, qızdırılmış duru yağın içinə rəndələnmiş pomidoru, pul bibəri və istiotu qatıb qarışdırın.
Duzu əlavə edin.
Bir az qaynadın.
Makaronların üzərinə əvvəlcə tərəvəzli qarışığı, sonra isə pomidor sosunu gəzdirin.
Ən üstə də rəndələnmiş holland pendiri səpdikdən sonra isti-isti servis edin.

Nuş olsun!
Etiketlər: pomidor, rəndələnmiş, sonra, bibər, qaşığı, stəkanı, holland, əlavə, pendiri, yağın, servis, Yarım, qarışdırın, içinə, qırmızı, uzunsov, söndürün, altını, qızdırılmış, Sonra
BİZİ İZLƏYİN