• Bibərdə yumurta resepti

Reseptin məlumatları Baxış sayı: 12 915

Tarix : 9-04-2016, 09:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4


Tərkibi:
1 ədəd bibər,
1 ədəd yumurta,
Pul bibər,
Duz,

Hazırlanması:
Dolmalıq bibərlərin sap hissəsini kəsin.
Toxumlarını diqqətli çıxardın.
Içərisinə yumurta qırın və dik olmaq şərti ilə qazana yığın.
Böyük bibər seçərsəniz daha yaxşı olar, çünki yumurtalar bişdikcə böyüyür.
Kəsilən qapaq hissəsini örtün və qazanın yarısını keçməməklə su qoyun.
Ara-ara qapağı açıb bişib bişmədiyini yoxlayın.
Az və ya çox bişməsi öz zövqünüzə görə ola bilər.
Bişdikdən sonra ikiyə bolün və üzərinə pul bibər səpərək servis edin.

Nuş olsun!
Etiketlər: bibər, yumurta, hissəsini, qapağı, bişib, bişmədiyini, yoxlayın, qoyun, keçməməklə, qazanın, yarısını, bişməsi, örtün, Bişdikdən, üzərinə, səpərək, servis, olsun, bolün, ikiyə
BİZİ İZLƏYİN