• Börək formalı keks resepti

Reseptin məlumatları Baxış sayı: 16 616

Tarix : 26-02-2016, 17:00

Bölmə : Tərəvəz yeməkləri / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd yumurta,
1 su stəkanı qatıq,
1 su stəkanı duru yağ,
1 su stəkanı süd,
1 paket qabartma tozu,
3-4 orta böyüklükdə kartof,
1 çay stəkanı pendir,
1 çay stəkanı rəndələnmiş holland pendiri,
1 böyük soğan,
Cəfəri,
2-2,5 stəkan un,
Duz,
Istiot,
pul bibər,

Hazırlanması:
Kartofları soyub küp-küp doğrayın.
3 yumurtanı duz ilə tam qarışana qədər çırpın.
Duru yağ, süd, rəndələnmiş soğan, holland pendiri və qatığı da əlavə edib çırpmaya davam edin.
Ədviyyatları da əlavə edin.
Un və qabartma tozunu da ələyərək yavaş-yavaş əlavə edin.
Doğranmış kartofları da əlavə edib qarışdırın.
Son olaraq cəfərini və pendiri əlavə edib taxta qaşıqla qarışdırın.
Yağlanmış siniyə tökün.
Üzərinə istəsəniz çörək otu da səpə bilərsiniz.
Əvvəlcədən 170 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər 50 dəqiqə bişirin.
Soyuq halda servis edin.
Soyuq halda yemək daha dadlı olur.

Nuş olsun!
Etiketlər: əlavə, stəkanı, pendiri, rəndələnmiş, soğan, qarışdırın, qədər, Soyuq, holland, yavaş, halda, qabartma, tökün, Üzərinə, istəsəniz, olaraq, siniyə, çörək, taxta, qaşıqla
BİZİ İZLƏYİN