• Badımcanlı poaça resepti

Reseptin məlumatları Baxış sayı: 17 699

Tarix : 11-07-2015, 10:00

Bölmə : Tərəvəz yeməkləri / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
1 dənə badımcan,
1 kiçik quru soğan,
1 dənə uzunsov bibər,
1 pomidor,
Bir az qırmızı bibər,
1 çay qaşığı duz,
Bir az istiot,
2 şorba qaşığı duru yağ,

Xəmiri üçün:
1 su stəkanı ilıq süd,
1 paket ərimiş marqarin,
1 paket yaş maya,
2 dənə yumurta ağı,
1 şorba qaşığı şəkər tozu,
1 şirniyyat qaşığı duz,
Aldığı qədər un,

Hazırlanması:
Badımcanları zər böyüklüyündə doğrayıb duzlu suda 30 dəqiqə gözlədin.
Soğanı badaımcanla birlikdə duru yağda qovurun.
Bibərləri də içinə əlavə edərək bir az qovurun.
Içinə çox kiçik doğranmış pomidor və ədviyyatları da əlavə edərək suyunu çəkənə qədər bişirib soyumaya qoyun.
Iç ərzaqları soyuyana qədər xəmiri yoğurun.
Yoğurma qabına süd, maya , yumurta ağı, duz, şəkər əlavə edərək qarışdırın.
Içinə unu əlavə edərək yumşaq xəmir yoğurun.
Xəmirdən hissələr ayırıb əlinizlə açın.
Içinə hazırlanan ərzağı qoyub ağzını bağlayın.
Siniyə düzün.
Hamsını hazırladıqdan sonra ilıq bir ortamda üzərini örtərək 10 dəqiqə gözlədin.
Sonra yumurta sarısı sürtüb çörək otu səpib 185 dərəcədə bişirin.

Nuş olsun!
Etiketlər: edərək, əlavə, qaşığı, Içinə, qədər, yumurta, paket, şəkər, şorba, qovurun, dəqiqə, yoğurun, kiçik, gözlədin, bibər, pomidor, ərzağı, qoyub, hazırlanan, əlinizlə
BİZİ İZLƏYİN