• Babagannuş (Badımcan əzməsi) resepti

Reseptin məlumatları Baxış sayı: 21 638

Tarix : 11-05-2016, 21:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
2 böyük badımcan,
4 yemək qaşığı tahin,
1,5 diş sarımsaq,
yarım şirniyyat qaşığı cirə,
1/3 limon suyu,
Duz,
Zeytun yağı,

Üzərinə:
Cəfəri ,
Qara zeytun,

Hazırlanması:
Badımcanları yuyub qurudun.
Bir neçə yerindən çəngəl ya da bıçaqla deşin. Atəşin üzərində yandırmadan közləyin.
Fırında közləməyi tərcih edərsinizsə yenə eynı şəkildə əvvəlcədən 180 dərəcə qızdırılmış fırında yarım saata yaxın bişirin.
Bir qabada sarımsağı duzla birlikdə əzin və limon suyu, tahin, cirə əlavə edib yaxşıca qarışdırın.
Diğər tərəfdən badımcanları açın, qaşıqla içini boşaldın, yaxud da qabıqlarını soyaraq gözəlcə təmizləyn.
Hazırladığınız limonlu sarımsaqlı qarışığa da əlavə edib bir çəngəl və ya bıçaqla üyüdün.
Aşağı sürətdə blendıri işlədərək qarışığı yumşaq bir püre halına gətirməniz daha yaxşı olardı. Üzərini zeytun yağı ,cəfəri və zeytunla bəzəyin.
Pidə çörəyi lə servis edin.
Qarnitür olaraq mövsümə görə nanə və nar da istifadə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: limon, bıçaqla, çəngəl, zeytun, tahin, yarım, qaşığı, əlavə, blendıri, sarımsaqlı, limonlu, sürətdə, qarışığa, Hazırladığınız, üyüdün, Aşağı, soyaraq, içini, qaşıqla, badımcanları
BİZİ İZLƏYİN