• Qırmızı bibər sarması resepti

Reseptin məlumatları Baxış sayı: 14 380

Tarix : 15-04-2016, 21:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 6-8


Tərkibi:
8 ədəd qırmızı bibər
1 stəkan pendir
2 xörək qaşığı döyülmüş qoz ləpəsi
4-5 budaq cəfəri
Nanə
Qırmızı pul bibər
Sarma miqdarı qədər kürdan.

Hazırlanması:
Qırmızı bibər sarması hazırlanma qaydası.

Qırmızı bibər sarması hazırlamaq üçün əvvəlcə bibərləri duxovka izqarasında közləyin.

Közlənmiş izqaralırı duxovkadan çıxardın və soyumasını gözləyin. Soyuyan közlənmiş bibərlərin qabıqlarını soyun. Sonra soyulmuş bibərləri uzununa iki parçaya bölün. Bibərlərin çiyidlərini təmizləyin.

Pendir, əzilmiş qoz ləpəsi və digər iç xammalları bir qabda çəngəllə əzin və qarışdırın.

İçlik hazır olduqdan sonra təmizlənib ikiyə ayrılmış bibərləri stolun üstunə düzün. Bibərlərin enli tərəfləri sizin tərəfdə olmalıdır.

Bibərlərin geniş tərəfinə 1 çay qaşığı iç qoyun və rulon hazırlayın.

Hazırlanan rulonların açılmaması üçün kürdan taxın.

Hazır qırmızı bibər sarması süfrəyə verilmək üçün qaba düzün. Üzərinə zövqə görə zeytun yağı, sarımsaqlı sirkə də qoyub bu şəkildə süfrəyə vermək olar.

Nuş olsun!
Etiketlər: bibər, Qırmızı, Bibərlərin, sarması, bibərləri, ləpəsi, kürdan, düzün, qaşığı, süfrəyə, qırmızı, üstunə, stolun, ayrılmış, xammalları, digər, tərəfdə, sizin, tərəfləri, qabda
BİZİ İZLƏYİN