• Balqabaq qutabı resepti

Reseptin məlumatları Baxış sayı: 47 159

Tarix : 30-08-2015, 20:00

Bölmə : Tərəvəz yeməkləri / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 8-10


Tərkibi:
balqabaq- 1 kq
nar dənəsi- 100 qram
un-400 qram
baş soğan-4 ədəd
ərinmiş kərə yağı,
duz
darçın

Hazırlanması:
Balqabaq qutabı hazırlamaq üçün əvvəlcə balqabaq soyulur, sonra kiçik-kiçik doğranılır. Sonra bir dayaz qazanda bu doğranan balqabaqların üstünə 0.5 stəkan su tökülüb qapağı örtülərək öz buğunda bişirilir.

Soğanlar kiçik-kiçik doğranılır, ayrıca yağda qızardılaraq balqabağa qatılır. Bunlara duz, darçın və nar vurularaq yenidən qarışdırılır. Balqabaq qutabının xəmirini hazırlamaq üçün un ələnir. ələnmiş una su və duz qatılıb xəmir yoğrulur. Bu xəmir bərk olmalıdır. Sonra xəmir 1 mm qalınlığında yuxa halında yayılır, kasa ağzı boyda dairələr kəsilir. Həmin dairələrin bir tərəfinə hazırlanmış balqabaq qoyulub, nar dənələri səpilir, aypara şəkilində bükülür və kənarları qatlanır, sacda, fırında və ya da tavada hər iki üzü qızardılır.

Balqabaqlı qutab süfrəyə verilərkən üzərinə əridilmiş yağ sürtülür.

Nuş olsun!
Etiketlər: Balqabaq, kiçik, balqabaq, xəmir, qutabı, Sonra, darçın, hazırlamaq, doğranılır, Həmin, tərəfinə, qoyulub, hazırlanmış, kəsilir, dairələrin, yayılır, yoğrulur, qatılıb, ələnmiş, olmalıdır
BİZİ İZLƏYİN