• Badımcan salatı resepti

Reseptin məlumatları Baxış sayı: 11525

Tarix : 22.08.2015, 20:00

Bölmə : Tərəvəz yeməkləri, Salatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 2-4




Tərkibi:
Badımcan: 3 ədəd
Pomidor: 3 ədəd
Bibər: 7 – 8 ədəd
Sarımsaq: 1 böyük baş
Cəfəri
Zeytun yağı
Duz

Hazırlanması:
Salatı hazırlamaq üçün badımcan, pomidor və bibərlər təmiz yuyulur. Yuyulduqdan sonra üzərindəki suyun qurumasını və ya süzülüb nəmliyinin azalmasını gözləmək lazımdır. Bundan sonra pomidor, bibər və badımcan közlənilir. Közləmə zamanı xüsusi ilə badımcanın iç hissələrinin bişməsinə diqqət yetirmək lazımdır. Ev şəraitində qaz sobası üzərində közləmə ediləcəksə, badımcan və pomidorları çox iri götürməmək lazımdır. Belə olmadığı təqdirdə, pomidor və xüsusi ilə də badımcanların iç hissələrinin yaxşı bişməməsi problemi ilə üzləşərik.
Pomidor, bibər və badımcan yaxşıca közləndikdən sonra qabıqları təmizlənir. Qabığı təmizlənən bibər, badımcan və pomidorlar bundan sonra kiçik – kiçik doğranılır.
Səbzələri doğrayıb qurtardıqdan sonra sarımsağı dişlərə ayırırıq. Onların da qabıqlarını soyuruq. Qabıqları soyulan sarımsaqları həvəngdəstədə əzirik.
Səbzələri közləyərkən, cəfəriləri ayırtlayırıq və təmiz yuyuru. Bundan sonra közləmə bitənə qədər göyərtinin suyunun süzülməsi üçün gözləyirik və yaxud da göyərti qurudan aparat vasitəsi ilə cəfərimizi susuzlaşdırırıq. Bundan sonra cəfəriləri kiçik – kiçik doğrayırıq.
Bunların hamısı qurtardıqdan sonra doğranmış bibər, pomidor və badımcan közləməsini, həvəngdəstədə əzdiyimiz sarımsaqları və kiçik – kiçik doğradığımız cəfəriləri geniş bir qaba boşaldırıq. Burada bütün bunları yaxşıca qarışdırırıq. Qarışığımızın üzərinə zövqə görə duz əlavə edirik. Bundan sonra duzladığımız badımcan salatı üzərinə birəz da zeytun yağı gəzdiririk.
Zeytun yağı vurduqdan sonra salatımız servisə hazırdır. Soyuq olaraq süfrəyə veririk.
Badımcan salatı xüsusi ilə yay aylarında ziyafət süfrələrini bəzəmək üçün rahatlıqla istifadə edilə bilən, insan sağlamlığı cəhətindən xeyirli və vitaminli bir qidadır.

Qeyd:
Badımcan salatı insan orqanizmi üçün çox xeyirli olmaqla yanaşı, hazırlanması da çox asanddır. Salatın daha da ləzzətli olması üçün səbzələri közləyərkən manqaldan istifadə etmək məqsədəuyğundur. Ancaq. manqal olmadıqda da közləmək üçün ev şəraitində qazdan istifadə etmək olar.

Qeyd:
Salata vurulan zeytun yağı, həm ləzzətini artırır, həm də salatın tərkibindəki mineral və vitaminlərin insan bədəni tərəfindən mənimsənilməsini asanlaşdırır.

Nuş olsun!

Etiketlər: sonra, badımcan, kiçik, Bundan, Badımcan, salatı, bibər, pomidor, lazımdır, cəfəriləri, xüsusi, istifadə, insan, etmək, sarımsaqları, həvəngdəstədə, közləmə, yaxşıca, qurtardıqdan, zeytun
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Zeynebim♡
Mende edirem dadli olur
25 avqust 2015 23:57
1
BİZİ İZLƏYİN