• Evdə hazırlanmış balqabaq püresi resepti

Reseptin məlumatları Baxış sayı: 29 157

Tarix : 5-02-2016, 21:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
Bir balaca balqabaq (1 kq 200 q – 1 kq 500 kq)

Hazırlanması:
Sobanı 200ºC-yə qədər qızdırın.
Balqabağı yuduqdan sonar silib qurudun. İti bıçaqla dairəvi qaydada kəsib qulpunu çıxarın. Balqabağı yuxarıdan aşağıya doğru iki hissəyə bölün. Qaşıqla tumlarını və bütün lifləri (ipəbənzər telləri) çıxarın. Tumları başqa məqsədlə istifadə (məsələn, çərəz üçü qovurmaq) üçün saxlaya, yaxud ata bilərsiniz.
Hər balqabaq yarısını uzununa iki hissəyə bölün, beləliklə dörd balqabaq tikəmiz var. Balqabaq tikələrini perqament kağızı sərilmiş listin üzərinə məti aşağı olmaqla, böyrü üstə düzün.
Balqabağı 30–45 dəqiqə, yumşalana qədər sobanın orta gözündə orta istilikdə bişirin (balqabağın bərabər qaydada bişdiyinə əmin olmaq için çəngəli bir neçə yerdən batırmaqla yumşaqlığını yoxlayın).
Balqabağı sobadan çıxarıb tamamilə soyumasına imkan verin. Qaşıqla yumşalmış balqabaq mətini qabıqdan ayırın. Balqabaq mətini prosessora qoyun və eynicinsli kütlə alınana qədər 2-4 dəqiqə prosessoru işlədin. Balqabaq məti çox qurudursa bir-iki xörək qaşığı su əlavə edin ki, püremiz asan başa gəlsin.
Siz evdə hazırlanmış balqabaq pürenizi dərhal istifadə edə, yaxud da şüşə bankada bir həftəyə qədər soyuducuda saxlaya bilərsiniz. Siz onu kilidli torbalarda 5 aya qədər buzxanada da saxlaya bilərsiniz. Bu halda onu istifadə etməzdən əvvəl soyuducuda əritməlisiniz.

Nuş olsun!
Etiketlər: balqabaq, qədər, Balqabağı, Balqabaq, bölün, istifadə, bilərsiniz, pürenizi, mətini, soyuducuda, yaxud, saxlaya, əlavə, çıxarıb, gəlin, hazırlanmış, halda, buzxanada, çıxarın, bilərsə
BİZİ İZLƏYİN