• Tərəvəzli yumurta resepti

Reseptin məlumatları Baxış sayı: 15 963

Tarix : 13-06-2014, 12:27

Bölmə : Tərəvəz yeməkləri / Praktik reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 1-2


Tərkibi:
1 ədəd orta ölçülü dolmalıq bibər
Yarım ədəd pomidor
1-3 balqabaq
1 ədəd yumurta
1 çay qaşığı duru yağ
İstiot

Hazırlanması:
Dolmalıq bibərin içini çıxarıb incə dilimləyin. Eyni şəkildə pomidor və balqabağı da incə dilimləyin. 1 çay qaşığı duru yağı tava tökün, tərəvəzləri doğradığınız sıraya görə tavaya köçürün. 5 dəqiqə qədər tavanın qapağını bağlı tutaraq bişirin. Sonrasında üzərinə yumurtanı qırın. Yumurtanı qatı istəyirsinizsə qapağı bağlı olaraq, əgər sulu seçirsinizsə qapağı açıq olaraq bişirin. Ocaqdan götürüb servis qabına köçürün, Servis edin.

Nuş olsun!
Etiketlər: dilimləyin, bişirin, qaşığı, qapağı, pomidor, bağlı, köçürün, olaraq, yumurtanı, üzərinə, tutaraq, tavanın, qapağını, Sonrasında, istəyirsinizsə, servis, qabına, Servis, olsun, götürüb
BİZİ İZLƏYİN