• Sobada peraşki resepti

Reseptin məlumatları Baxış sayı: 17 745

Tarix : 16-03-2016, 13:00

Bölmə : Tərəvəz yeməkləri / Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox


Tərkibi:
1 kq un
2 ç.q quru maya
2 x.q mayonez
4-5 x.q qatıq
4-5 x.q duru yağ
100 qr kərə yağı
2 yumurta sarısı
1 ç.q duz

İçlik üçün:
kartof
soğan
keşniş
duz
istiot

Hazırlanması:
Əvvəlcə una bütün ərzaqlar əlavə olunub, suyla yoğrulur. Sonra xəmir acımağa qoyulur.
Kartof bişirilir. Soğan xırda- xırda doğranıb qızardılır, əzilmiş kartova qatılır. İçərisinə keşniş doğranır, duz, istiot əlavə olunur.
Acımış xəmir kündələrə ayrılır. Sonra kündələr yayılır, içlik qoyulub bükülür.
Gül formasını düzəltmək üçün kündə biraz böyük götürülür. Yumuru yayılır, içlik qoyulub bükülür. Bükülmüş tərəf alta qoyulur. Sonra biraz yayılır. Daha sonra kündə kənarlarından ortaya doru biraz kəsilir. 8 ləçək kəsilir. Sonra ləçəklər 2-2, üz-üzə çevrilir( alt tərəfi üstə doğru çevrilir.). Üzərinə yumurta vurulub, 180 dərəcədə bişirilir.

Nuş olsun!
Etiketlər: Sonra, yayılır, biraz, kündə, kəsilir, əlavə, xırda, qoyulur, xəmir, bişirilir, çevrilir, yumurta, istiot, qoyulub, içlik, keşniş, bükülür, Yumuru, götürülür, düzəltmək
BİZİ İZLƏYİN