• İspanaqlı krep resepti

Reseptin məlumatları Baxış sayı: 15 466

Tarix : 14-06-2014, 21:26

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
2 su stəkanı un
3 su stəkanı süd
2 ədəd yumurta
1 paket qabartma tozu
1 çay qaşığı duz
1 çay qaşığı maye yağ

İçlik üçün:
500 qr. təmizlənmiş və yuyulmuş ispanaq
1 ədəd quru soğan
2 diş sarımsaq
1 çay qaşığı istiot
1 çay qaşığı duz

Beşamel sous üçün:
1,5 su stəkanı süd
2 xörək qaşığı un
2 xörək qaşığı kərə yağı

Üzəri üçün:

½ kasa rəndələnmiş holland pendir

Hazırlanması:
İri kasada yumurta, un, duz, qabartma tozu və südü çırpın. Tavayı istilədərək içinə hazırladığınız krep vəsaitini qoyun və maye yağ töküb önlü arxalı bişirin.
Bişdikdən sonra kənara qoyun və iç vəsaiti kreplərin arasına qoyaraq rulet şəklində bükün. Üzərinə beşamel sousu və rəndələnilmiş pendiri gəzdirərək servis təqdim edin.
İçliyin hazırlanışı: Yeməklik doğradığınız quru soğan və sarımsaqları qovurun.
Doğranmış ispanaqları əlavə edərək qovurmağa davam edin. Daha sonra istiot və duzu əlavə edərək bir müddət daha qovurun və oddan götürün.
Beşamel sousun hazırlanışı:Kərə yağı bir tavada əridin və unu qovurun.
İçinə südü əlavə edərək tünd bir hala əldə edənə qədər qarışdırın.

Nuş olsun!
Etiketlər: qaşığı, qovurun, əlavə, edərək, stəkanı, xörək, hazırlanışı, sonra, Beşamel, qoyun, istiot, qabartma, soğan, yumurta, sarımsaqları, rəndələnilmiş, sousu, doğradığınız, pendiri, servis
BİZİ İZLƏYİN