• Moldova bibərləri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 178

Tarix : 27-03-2016, 22:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
8-10 bibər
3-4 diş sarımsaq
1 orta boy soğan
1-1,5 st. tomat şirəsi
1-2 x.q. un
duz
istiot
şəkər tozu
göyərti - keşniş, cəfəri, həmçinin reyhan, şüyüd və mərzə qurusu

Hazırlanması:
Bibərləri yuyub suyunu salfetlə qurudun. Doğramadan çox az yağda qovurun, bu zaman tavanın qapağını örtün ki, çırtlayıb əllərinizi yandırmasın.
Qızardıqdan sonra üzərindəki nazik qabığı soyun.
Sarımsağı əzib bibərin üstünə səpin.

Sous:
Soğanı təmizləyib xırda doğrayın. Tavada qızılı rəng alanadək qovurun. Un qatıb qarışdıraraq qovurun. Qarışdırmağı dayandırmadan tomat şirəsini, ardınca duz, istiot, şəkər tozunu (yarım çay qaşığı) əlavə edin. Doğranmış təzə göyərti və göyərti qurularını da əlavə edin.

Bibərləri süfrəyə bu sousla verin. Bibərlər sousa batırılaraq yeyilir. Pendir də əlavə etsəniz, çox dadlı olacaq.

Moldova bibərləri resepti - FOTO RESEPT

Moldova bibərləri resepti - FOTO RESEPT

Moldova bibərləri resepti - FOTO RESEPT

Moldova bibərləri resepti - FOTO RESEPT

Moldova bibərləri resepti - FOTO RESEPT

Moldova bibərləri resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: göyərti, əlavə, qovurun, Bibərləri, şəkər, istiot, tomat, Qarışdırmağı, qarışdıraraq, dayandırmadan, ardınca, şirəsini, qatıb, Tavada, təmizləyib, Soğanı, səpin, xırda, doğrayın, qızılı
BİZİ İZLƏYİN