• Şampinyonla lobya bağlaması resepti

Reseptin məlumatları Baxış sayı: 14 803

Tarix : 16-05-2016, 11:00

Bölmə : Tərəvəz yeməkləri / Turşular

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 st. qırmızı lobya
1 iri yerkökü
2 baş soğan
300 q xırda şampinyon
2 x.q. tomat pastası
150 ml bitki yağı
ədviyyat
şəkər tozu
5 diş sarımsaq
göyərti

Hazırlanması:
Lobyanı 1 gecə soyuq suda isladın.
Sabahı gün suyunu süzüb 2 saat orta itilikli odda bişirin (amma çox qaynamasına imkan verməyin). Duz vurun. 2 saat sonra hazır lobyanın suyunu süzün.
Yerkökünü sürtgəcin iri gözündən keçirin.
Baş soğanı kubik doğrayın.
Tavada yağı qızdırıb yerkökü ilə soğanı qovurun (tam hazır olunca), duz, istiot vurun, bişmiş lobyanı əlavə edin.
Tomat pastasını 200 ml suda qarışdırın, duz, istiot, 1 çimdik utsxo-suneli (ədviyyat), 1 ç.y. şəkər tozu əlavə edin. Bunu tavadakı tərəvəzin üzərinə töküb 5-7 dəqiqə bişirin.
Şampinyonları təmizləyib 7 dəqiqə bitki yağında qovurun.
Hazır şampinyonu da tavadakı tərəvəzə əlavə edib 5 dəqiqə bişirin.
Doğranmış təzə göyərti, əzilmiş sarımsaq əlavə edib steril bankalara yığın. Qapağını bağlayıb soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: əlavə, bişirin, dəqiqə, göyərti, vurun, soğanı, suyunu, hazır, şəkər, tavadakı, sarımsaq, ədviyyat, yerkökü, qovurun, istiot, bitki, üzərinə, lobyanı, töküb, tərəvəzin
BİZİ İZLƏYİN