• Zeytun yağlı ispanaq resepti

Reseptin məlumatları Baxış sayı: 12 461

Tarix : 7-07-2016, 09:00

Bölmə : Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1,5 kq. ispanaq
1 ədəd soğan
1 qəhvə fincanı düyü
1 çay stəkanı zeytun yağı
1 çay qaşığı şəkər
duz

Hazırlanması:
Ispanaqları bir neçə dəfə yuyub üç hissəyə bölün.
1 ədəd rəndələnmiş quru soğanı bitki yağda qızarana qədər qovurduqdan sonra ispanaqları əlavə edib bir neçə dəqiqə qovurun.
İlıq suda islatdığımız düyünü yaxşıca yuduqdan sonra ispanaqların üzərinə əlavə edib kifayət edəcək qədər duz, şəkər və isti su əlavə edib ağzını bağlayıb bişirin.
Ağzı bağlı olaraq soyudub süfrəyə təqdim edin.

Qeyd: İstəyə görə sarmısaqlı qatıq ya da limon sıxaraq yeyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, qədər, sonra, kifayət, edəcək, ağzını, bağlayıb, üzərinə, yaxşıca, yuduqdan, ispanaqların, bişirin, olaraq, limon, qatıq, sıxaraq, bilərsiniz, olsun, sarmısaqlı
BİZİ İZLƏYİN