• Badamlı və holland pendirli qarışıq tərəvəz resepti

Reseptin məlumatları Baxış sayı: 13 265

Tarix : 6-07-2016, 15:00

Bölmə : Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
800 qr kartof
200 qr noxud
1 ədəd soğan
100 qr dana əti
1 ədəd mozzarella və ya dil pendiri
4 ədəd pomidor
60 qr badam
cəfəri
ətsuyu
rəndələnmiş pendir və ya köhnə holland pendiri
kərə yağı
duz, istiot

Hazırlanması:
Bir tavaya qoyduğunuz 20 qr (1 xörək qaşığından bir az çox) yağda, doğranmış soğanı qovurun.
Tərəvəzlərin duzunu və qara bibərini əlavə edib bir neçə dəqiqə qarışdıraraq bişirin kartofları yuyub soyduqdan sonra incə incə dilimləyin.
Yağladığınız soba qabına ilk olaraq kartofları düzün və sonra üstünə tərəvəzlərin yarısını, dilimlənmiş mozzarelle ya da dil pendirinin yarısını, kub şəklində doğranmış pomidor və budun yarısını qoyun.
Duz, qara bibər əlavə etdikdən sonra ikinci kartof qatını düzün.
Digər ərzaqların qalanını da eyni qaydada qoyub əməliyyatı bitirin.
Səthini 2 xörək qaşığı doğranmış cəfəri, incə dilimlənmiş badam və 2 xörək qaşığı parmesan pendiri ya da köhnə holland rəndəsiylə örtün.
Bütün ərzaqların üstünə 4 çömçə ətsuyu tökdükdən sonra qabı, əvvəldən istilədiyimiz 180 dərəcəlik sobaya qoyun.
45 dəqiqə sonra çıxarıb eyni qabda servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: sonra, xörək, doğranmış, pendiri, yarısını, düzün, üstünə, kartofları, qaşığı, dəqiqə, kartof, ərzaqların, əlavə, holland, badam, pomidor, köhnə, cəfəri, ətsuyu, dilimlənmiş
BİZİ İZLƏYİN